Şəkinin Biləcik kəndində qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə dair maarifləndirici görüş keçirilib
2026-08-03 10:40:00
Şəki rayonunun Biləcik kəndində qəhvəyi mərmər bağacığının yayılması riski ilə əlaqədar yerli əhali ilə görüş təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən həyata keçirilən tədbirin əsas məqsədi kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradan bu zərərverici barədə vətəndaşları məlumatlandırmaq və qabaqlayıcı tədbirləri müzakirə etmək olub.
Görüşdə iştirak edən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov çıxış edərək, zərərvericinin xüsusiyyətləri və yayılma təhlükəsi haqqında əhaliyə geniş məlumat verib. Bildirilib ki, qəhvəyi mərmər bağacığı polifaq (çox yeyən) zərərverici olmaqla, xüsusilə meyvə, tərəvəz və dənli bitkilərə ciddi ziyan vurur, məhsuldarlığı və keyfiyyəti kəskin şəkildə aşağı salır. Onun sürətlə çoxalma potensialı olduğuna görə, vaxtında aşkarlanması və kollektiv şəkildə mübarizə tədbirlərinin təşkili mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində vətəndaşlarla aktiv fikir mübadiləsi aparılıb və sakinləri maraqlandıran bütün suallar mərkəz rəhbərliyi tərəfindən ətraflı cavablandırılıb. Maarifləndirici görüşdə Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbərliyi, kəndin ərazi icra nümayəndəliyinin və bələdiyyənin təmsilçiləri, eləcə də Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon üzrə fəaliyyət göstərən əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, əhalinin vaxtında məlumatlandırılması bağacıqla mübarizə işlərinin səmərəliliyini artırmaq və kənd təsərrüfatı məhsullarını qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır