Lerik rayonunda kartof toxumçuluğunun inkişafına dair tədbir keçirilib
2026-08-10 16:38:00
Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində kartof toxumçuluğunun inkişafına həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA) Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev, Lerik DAİM-in mütəxəssisləri və rayonda fəaliyyət göstərən aparıcı fermerlər iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd rayonda toxumçuluq sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalçılarının yüksək keyfiyyətli toxum materialı ilə təminatının yaxşılaşdırılması, fermerlərin innovativ aqrotexniki biliklərə yiyələnməsi və kənd təsərrüfatı istehsalında səmərəliliyin yüksəldilməsinə dəstək verməkdir.
Fikrət Feyziyev Lerik rayonunda kartofçuluğun inkişaf etdirilməsi və keyfiyyətli, xəstəliklərə davamlı yerli toxum bazasının formalaşdırılmasının strategiyası barədə geniş məlumat verib. Qeyd olunub ki, dövlət tərəfindən toxumçuluqla məşğul olan fermerlərə tətbiq edilən güzəştlər, dövlət dəstəyi və texniki dəstək mexanizmləri bu sahənin inkişafını əhəmiyyətli dərəcədə artırır.
Görüşün praktiki hissəsində tədbir iştirakçıları Lerik rayonunun Yuxarı Amburdərə kəndində fermer Sahib Qurbanova məxsus kartof və pomidor sahələrinə baş çəkiblər. Fermer təsərrüfatında bitkilərin inkişaf dinamikası, aparılan aqrotexniki qulluq tədbirləri, suvarma və gübrələmə rejimləri yerindəcə nəzərdən keçirilib. Mütəxəssislər tərəfindən məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları barədə yerində tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda Fermerlərin kartof toxumçuluğu təsərrüfatlarının yaradılması, sertifikatlaşdırma prosesi və dövlət dəstəyi mexanizmləri ilə bağlı sualları ətraflı cavablandırılıb
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır