Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
2026-08-12 14:29:29
Azərbaycan torpaq laboratoriyaları sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü olan Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 8 torpaq laboratoriyasının sınağı uğurla tamamlayıb.
Səriştəlilik sınağına hazırlıq çərçivəsində FAO tərəfindən Sabirabad, Ucar və Şəki regional laboratoriyalarının 30 əməkdaşı üçün texniki təlimlər təşkil olunub. FAO-nun beynəlxalq eksperti və Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin keçirdiyi təlimlərdə torpaq analizləri, nümunələrin hazırlanması, nəticələrin emalı və standart metodların tətbiqi üzrə praktiki bilik və bacarıqlar təkmilləşdirilib.
Bu nailiyyət FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində FAO-nun Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə sıx əməkdaşlıq əsasında həyata keçirdiyi texniki dəstək fəaliyyətinin nəticəsidir. Əməkdaşlıq torpaq laboratoriyalarının texniki və peşəkar potensialının artırılmasına, torpaq analizlərinin keyfiyyətinin və etibarlılığının yüksəldilməsinə yönəlib.
FAO-nun Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində yaradılmış GLOSOLAN torpaq laboratoriyaları arasında əməkdaşlığı və vahid keyfiyyət yanaşmalarını təşviq edir. Şəbəkənin beynəlxalq səviyyədə tanınan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin dəqiqliyini beynəlxalq meyarlarla müqayisə etməsinə şərait yaradır. Ölkənin 11 torpaq laboratoriyasının potensialının gücləndirilməsi laboratoriya xidmətlərinin müasirləşdirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına birbaşa dəstək verir.
“Dəqiq və etibarlı torpaq analizləri dayanıqlı kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan laboratoriyalarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə dəstək verməklə, biz ölkədə elmi əsaslı qərarların qəbulunu gücləndiririk. Bu iş fermerlərin ehtiyaclarına cavab verməklə yanaşı, torpaq ehtiyatlarının qorunmasına və kənd təsərrüfatının inkişafına xidmət edir,” – FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib.
Bildiririk ki, 11 laboratoriyaların hər biri səriştəlilik sınağını uğurla tamamladıqdan sonra Azərbaycanda beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərən vahid torpaq laboratoriyaları şəbəkəsi formalaşacaq. Bu isə torpaq ehtiyatlarının dayanıqlı idarə olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün güclü zəmin yaradacaq.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır