Tovuzda arıçılar üçün maarifləndirici sahə görüşü təşkil olunub
2026-08-17 16:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Tovuz rayonunda "Arı ailələrinin gücləndirilməsi, bal yığımına hazırlıq" mövzusunda maarifləndirici sahə görüşü təşkil olunub. Arıçılıqla məşğul olan fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi görüşün əsas məqsədi arı ailələrinin məhsuldarlığının artırılması, bal yığımına hazırlıq işlərinin düzgün təşkili, eləcə də müasir arıçılıq təcrübələrinin tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
İnteraktiv formada keçirilən görüş zamanı arı ailələrinin inkişafına təsir edən amillər, yaz-yay mövsümündə ailələrin gücləndirilməsi üsulları, ana arının məhsuldarlığının qorunması, yem ehtiyatının düzgün tənzimlənməsi, xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər, eləcə də bal yığımına hazırlıq mərhələləri barədə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən arı ailələrinin vaxtında gücləndirilməsinin və düzgün idarə olunmasının bal məhsuldarlığının artırılmasında, ailələrin sağlam saxlanılmasında və keyfiyyətli məhsul əldə edilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və praktik tövsiyələr təqdim edilib. Həmçinin arıçılıqda mövsümi qulluq tədbirlərinin vaxtında həyata keçirilməsinin təsərrüfatların səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində təşkil olunan bu kimi maarifləndirici tədbirlər fermer və arıçıların peşəkar biliklərinin artırılmasına, müasir aqrotexniki yanaşmaların və qabaqcıl təsərrüfat üsullarının tətbiqinin genişləndirilməsinə, istehsal prosesində səmərəliliyin yüksəldilməsinə və kənd təsərrüfatı sahəsinin dayanıqlı inkişafına mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır