Zərdab rayonunda baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilib.
2026-08-21 17:35:00
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədov, Respublika Süni Mayalanma Mərkəzinin rəhbəri Ceyhun Nəsibov, AXA əməkdaşları, Zərdab Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də fərdi (özəl) baytarlıq fəaliyyəti ilə məşğul olan baytar həkimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, daha çevik baytarlıq xidmətlərinin yaradılması, aparılan tədbirlərin rəqəmsallaşdırılması, “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi vacibdir.
Cari ildə ölkədə epizootik vəziyyətin sabit olduğunu və növbəti vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin üzərinə böyük vəzifələr qoyulduğunu nəzərə çatdırıb.
Zərdab, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Tərtər, Ucar rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət, yerlərdə qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb.
Tədbirdə “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədilə rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə tapşırıq və tövsiyələr verilib.
Sonda səyyar baytarlıq xidmətlərini həyata keçirən, müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır