Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
2026-08-21 17:40:00
Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən əraziyə baytarlıq mütəxəssisləri cəlb olunub, təsərrüfatda epizootoloji araşdırma aparılıb. Qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Heyvanlar kliniki müayinə edilib, zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Agentlik tərəfindən xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış, eləcə də heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb, xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb edilib. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda dezinfeksiya işləri həyata keçirilib.
Rayon ərazisində dezinfeksiya işləri aparılıb.
Mümkün risklərin qarşısının alınması məqsədilə xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində epizootoloji vəziyyət qiymətləndirilib, iri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib və seçmə üsulla termometriya aparılıb. Xəstəlik riski nəzərə alınaraq ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.
Hazırda xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Heyvanlarda gündəlik termometriya aparılır, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyəti qənaətbəxşdir.
Məlumat üçün bildiririk ki, qarayara torpaq mənşəli infeksiya olmaqla, törədicinin sporları ətraf mühitdə uzun müddət qala və heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, eləcə də zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər; bu baxımdan belə halların baş verməsi infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Müvafiq baytarlıq-sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl edildikdə, xəstəliyin yayılma və insanlar və heyvanlar üçün əlavə yoluxma riski minimuma endirilir.
Bildiririk ki, Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır