Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
2026-09-01 14:35:00
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası baş tutub. Görüşün əsas məqsədi zərərvericiyə qarşı bölgədə, xüsusən də Qazax, Tovuz və Ağstafa rayonlarında görülmüş işlərin təhlili və qarşıda duran vəzifələrin müzakirə edilməsidir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həmçinin adıçəkilən rayonların icra hakimiyyətlərinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, cari ildə zərərvericiyə qarşı bioloji mübarizə tədbirləri tətbiq olunaraq Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Növbəti ildə bu ekoloji mübarizə üsulunun miqyasının genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə hazırda AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında Samuray arısının yetişdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin, zərərvericinin yayılma arealını və populyasiya dinamikasını izləmək üçün feromon tələlərin tətbiqi ilə aparılan monitorinqlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə cari ilin statistik göstəriciləri də açıqlanıb. Bildirilib ki, il ərzində AXA tərəfindən ölkənin 51 rayonunda ümumilikdə 17 748 ədəd feromon tələ quraşdırılıb. Kütləvi aşkarlanma qeydə alınan 3303 ərazidə zəruri kimyəvi mübarizə tədbirləri icra olunub, eyni zamanda 20 mindən çox vətəndaşa zərərvericiyə qarşı mübarizə yolları barədə maarifləndirici məlumatlar çatdırılıb.
İclasın yekununda aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin təşkili və zərərvericinin yeni ərazilərə yayılma risklərinin qarşısının alınması üçün birgə fəaliyyətin davam etdirilməsinə dair müvafiq qərarlar qəbul edilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır