Hadrut qəsəbəsinin sakinləri üçün maarifləndirici təlimlərə start verilib
2026-09-07 17:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesi çərçivəsində təşkil olunan maarifləndirici təlimlərin növbəti mərhələsinə start verilib. Onlayn formatda keçirilən təlimlər Xocavənd rayonunun Hadrut qəsəbəsinin sakinlərini əhatə edir.
Təlimlərin əsas məqsədi uzun müddət kənd təsərrüfatı fəaliyyətindən uzaq qalmış sakinlərin bu sahəyə yenidən inteqrasiyasına dəstək olmaq, onların kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını artırmaq, təsərrüfatların daha səmərəli qurulmasına şərait yaratmaq və müasir aqrar yanaşmalar barədə praktiki məlumatları çatdırmaqdır.
Proqram çərçivəsində sakinlərə elektron kənd təsərrüfatı sistemlərindən istifadə, meyvəçilik və tərəvəzçilikdə müasir yanaşmalar, bitkiçilik və əkinçilik texnologiyaları barədə ətraflı məlumat təqdim olunur. Bununla yanaşı, heyvandarlıqda düzgün bəslənmə və saxlanma şəraiti, cins seçimi, məhsuldarlığın artırılması yolları, eləcə də təsərrüfatlarda müasir idarəetmə prinsipləri diqqət mərkəzində saxlanılır. Həmçinin kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, yem bitkilərinin becərilməsi, təsərrüfatın düzgün planlaşdırılması və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri kimi aktual mövzular üzrə biliklər çatdırılır.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu təlimlər, 30 ilə yaxın fasilədən sonra doğma torpaqlarına qayıdan sakinlərin və fermerlərin yeni şəraitdə kənd təsərrüfatı fəaliyyətinə hazırlanmasında xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma torpaqların yalnız onu səmərəli idarə edə biləcək, peşəkar biliklərə malik istifadəçilərə verilməsinə, məhsuldarlığın artırılmasına və dayanıqlı aqrar inkişafın təmin edilməsinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır