Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən nümunəvi təsərrüfatlara səfərlər davam edir
2026-09-09 11:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən yeni meyvə bağlarının salınması zamanı həyata keçirilməli olan hazırlıq işləri, sahənin düzgün qiymətləndirilməsi və əkinə hazırlanması, eləcə də gələcəkdə yüksək və keyfiyyətli məhsuldarlığın təmin olunması üçün vacib aqrotexniki tədbirlərlə bağlı praktiki biliklərin əldə edilməsi məqsədilə Tovuz rayonunun Aşağı Quşçu kəndində nümunəvi meyvə bağı sahəsinə səfər edilib.
Səfər zamanı mütəxəssislər tərəfindən meyvə bağı salınacaq ərazinin relyefi, torpaq xüsusiyyətləri və su təminatı kimi amillərin əvvəlcədən nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, bağın gələcək inkişafı və məhsuldarlığı böyük ölçüdə sahənin düzgün seçilməsindən və əkinə hazırlıq mərhələsinin keyfiyyətli aparılmasından asılıdır. Bununla yanaşı, yeni bağ üçün sahənin hazırlanması ilə bağlı görülməli işlər barədə ətraflı məlumat verilib. Torpağın becərilməsi, hamarlanması, münbitliyinin qiymətləndirilməsi və əkin üçün optimal şəraitin yaradılması, həmçinin meyvə ağaclarının bioloji xüsusiyyətlərinə uyğun əkin sxeminin seçilməsi məsələləri izah olunub.
Proqram çərçivəsində suvarma sisteminin düzgün layihələndirilməsi və təşkili məsələsinə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bağın su tələbatının düzgün müəyyənləşdirilməsi və suvarmanın səmərəli təşkili ağacların sağlam inkişafında, su resurslarından qənaətlə istifadədə və gələcək məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır. Səfər zamanı iştirakçıların sualları cavablandırılıb, meyvə bağlarının salınması və idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, təsərrüfatın xüsusiyyətlərinə uyğun praktiki tövsiyələr verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu kimi nümunəvi təsərrüfat səfərləri müasir aqrotexniki yanaşmaların fermerlər arasında təşviqinə, praktiki biliklərin artırılmasına və yeni meyvə bağlarının daha səmərəli şəkildə salınmasına mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır