Qazaxda kartof yığımının düzgün təşkili ilə bağlı maarifləndirici sahə görüşü keçirilib
2026-09-11 15:27:00
Fermerlərin və aqrar sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması, onların mövsümi işlərin daha səmərəli və düzgün təşkili ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Qazax rayonunun Çaylı kəndində “Kartof yığımının düzgün təşkili” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Görüşün əsas məqsədi kartof yığımı zamanı düzgün aqrotexniki yanaşmaların tətbiqi, məhsul itkisinin minimuma endirilməsi və əldə olunan məhsulun keyfiyyətinin qorunması ilə bağlı fermerlərə praktiki məlumatların çatdırılması olub.
Proqram zamanı kartof yığımına hazırlıq mərhələsi, məhsulun yetişmə vəziyyətinin düzgün müəyyənləşdirilməsi, yığım zamanı istifadə olunan texnika və avadanlıqlardan səmərəli istifadə, mexaniki zədələnmələrin qarşısının alınması, eləcə də yığımdan sonra məhsulun çeşidlənməsi və saxlanması məsələləri barədə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən qeyd olunub ki, kartof yığımının vaxtında və düzgün təşkili məhsulun həm kəmiyyətinə, həm də keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Xüsusilə yığım prosesində məhsulun zədələnməsinin qarşısının alınması onun saxlanma müddətinin uzadılması və itkilərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlərin keçirilməsi fermerlərin müasir aqrotexniki yanaşmalar barədə məlumatlandırılması, onların peşəkar biliklərinin artırılması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır