Zaqatalada bitki zərərvericilərinə qarşı mübarizə tədbirləri davam etdirilir
2026-09-16 09:41:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən Zaqatala rayonunda təhlükəli zərərvericilərə qarşı kompleks fitosanitar tədbirlər həyata keçirilir. Tədbirlər kənd təsərrüfatı bitkilərinə ciddi iqtisadi ziyan vurma potensialına malik olan qəhvəyi mərmər bağacığından (QMB) və Amerika ağ kəpənəyindən (AAK) qorunmasına yönəlib.
Zərərvericilərin populyasiya dinamikası və yayılma arealının feromon tələlər vasitəsilə müəyyənləşdirilir. Monitorinqlər zamanı tələlərdə aşkar edilən fərdlər məhv edilir, riskli hesab olunan və kütləvi yayılma müşahidə edilən ocaqlarda isə kimyəvi mübarizə tədbirləri aparılır.
Monitorinq və mübarizə tədbirləri ilə yanaşı olaraq, mərkəzin əməkdaşları yerli əhali, fermerlər və təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər təşkil edilir.
Mərkəzin rəis müavini Vüsal Hacıyev fermerlərə zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları və ilkin əlamətləri, həmçinin aqrotexniki, mexaniki və kimyəvi mübarizə qaydaları barədə ətraflı məlumat verib. Görüşlərdə pestisidlərdən təhlükəsiz istifadə qaydaları xüsusi olaraq vurğulanıb.
Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bildirir ki, regionda fitosanitar vəziyyətin sabit saxlanılması, məhsuldarlığın qorunması və zərərvericilərin qonşu ərazilərə yayılmasının qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdiriləcək.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır