Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
2026-09-25 16:35:47
Quba rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sektorun davamlı inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar rayonun aqrar potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar yaradır.
İcra başçısı, həmçinin heyvandarlıq və meyvəçilik sahələrinin inkişafı istiqamətində görülən işləri qeyd edib, fermerlərin fəaliyyətinin səmərəli təşkili, müasir texnologiyaların tətbiqi və təsərrüfatların inkişafı üçün zəruri infrastruktur imkanlarının təkmilləşdirilməsinin diqqətdə saxlanıldığını vurğulayıb.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Bildirib ki, epizootik sabitliyin qorunması istiqamətində baytarlıq xidmətlərinin daha çevik və effektiv təşkili, dövlət-özəl baytarlıq münasibətlərinin inkişaf etdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və müasir yanaşmaların tətbiqi əsas prioritetlərdəndir.
Bununla yanaşı, “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Heyvan sahiblərinin maarifləndirilməsi, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılmasının vacibliyi qeyd olunub.
Tədbirdə baytarlıq xidmətlərində şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Daha sonra iştirakçılar fermer təsərrüfatlarına baş çəkib, heyvandarlıq sahəsində görülən işlərlə tanış olublar.
Sonda səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır