Aqrar sahədə dron texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib
2026-09-29 10:00:00
Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin təşviqi və aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonunda nəzəri və praktiki təlim keçirilib. Təlimin əsas mövzusu kənd təsərrüfatında dron texnologiyalarından istifadənin üstünlükləri, bu texnologiyaların tətbiq imkanları və aqrotexniki tədbirlərin daha səmərəli həyata keçirilməsində yaratdığı imkanlar olub.
Maarifləndirici tədbir zamanı iştirakçılara dronların kənd təsərrüfatında istifadəsi, bitkilərin mühafizəsi, əkin sahələrinin və bağların monitorinqi, aqrokimyəvi preparatların daha dəqiq və məqsədyönlü tətbiqi barədə nəzəri məlumatlar verilib. Müasir texnologiyaların tətbiqinin resurslardan səmərəli istifadəyə, əmək və vaxt itkisinin azaldılmasına, eləcə də aqrotexniki tədbirlərin daha operativ həyata keçirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Nəzəri hissə ilə yanaşı, təlim iştirakçıları üçün praktiki nümayiş də təşkil olunub. Aqrar Təlim Mərkəzinin nümunəvi sitrus bağında dron vasitəsilə dərman səpini həyata keçirilib. Praktiki nümayiş zamanı dronun idarə olunması, preparatın sahəyə bərabər və dəqiq şəkildə tətbiqi, həmçinin texnologiyanın bağçılıqda istifadəsi imkanları əyani şəkildə göstərilib.
Aqrar Təlim Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər kənd təsərrüfatında müasir texnologiyaların tətbiq imkanlarının genişləndirilməsinə, əldə olunan qabaqcıl təcrübənin fermerlərə çatdırılmasına və müasir həllərin aqrar istehsalatda daha geniş şəkildə tətbiqinə xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır