Zaqatalada arıçılığın inkişafı və yerli arı genofondunun qorunması üzrə qabaqcıl təcrübələr öyrənilib
2026-09-30 15:00:00
Arıçılıq sahəsində qabaqcıl təcrübələrin yerində öyrənilməsi, müasir arıçılıq üsulları ilə tanışlıq, arıçılıq məhsullarının istehsalı və yerli arı cinslərinin qorunması istiqamətində həyata keçirilən işlərin öyrənilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Zaqatala rayonunun Yuxarı Tala kəndində fəaliyyət göstərən “Eko Zaqatala” arıçılıq təsərrüfatına səfər ediblər.
Səfər zamanı təsərrüfatın fəaliyyəti, arıçılığın təşkili, arı ailələrinin idarə olunması və arıçılıq məhsullarının istehsalı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Təsərrüfat rəhbəri Mövlüddin Qurbanəliyevin rəhbərlik etdiyi “Eko Zaqatala”da 650-dən çox arı ailəsinin saxlanıldığı, fəaliyyətin arıçılıq, arıçılıq məhsullarının istehsalı, damazlıq arıçılıq və aqroturizm istiqamətlərini əhatə etdiyi bildirilib.
Təsərrüfatda bal istehsalı ilə yanaşı, arıçılıq məhsullarının çeşidinin genişləndirilməsinə də diqqət yetirilir. Burada arı südü, propolis, təbii mum, arı şanı və digər məhsullar əldə olunur. İstehsal istiqamətlərinin şaxələndirilməsi arıçılıq təsərrüfatlarının iqtisadi səmərəliliyinin artırılması və əlavə məhsulların əldə edilməsi baxımından mühüm imkanlar yaradır. Səfər çərçivəsində təsərrüfatın əsas fəaliyyət istiqamətlərindən biri olan Boz Qafqaz arı cinsinin qorunması və artırılması üzrə görülən işlərlə də tanışlıq aparılıb.
Yerli arı cinslərinin qorunması ilə yanaşı, təsərrüfatda arıçılığın aqroturizm və ekoturizm imkanlarından istifadəsinə də diqqət yetirilir. Ziyarətçilər təsərrüfatda arıçılığın təşkili, arı ailələrinin saxlanılması və arıçılıq məhsullarının əldə olunması prosesi ilə tanış olmaq imkanı əldə edirlər. Bu yanaşma arıçılıq ənənələrinin tanıdılması, kənd yerlərində turizm imkanlarının genişləndirilməsi və aqrar fəaliyyətin təbliği baxımından əhəmiyyət daşıyır.
Görüş çərçivəsində Aqrar Təlim Mərkəzinin mütəxəssisləri ilə təsərrüfat rəhbərliyi arasında fikir mübadiləsi aparılıb, arıçılığın inkişaf perspektivləri, yerli arı genofondunun qorunması, damazlıq işlərinin təşkili və aqroturizm imkanlarının genişləndirilməsi məsələləri ətrafında müzakirələr keçirilib. Səfərin yekununda qeyd olunub ki, “Eko Zaqatala” təsərrüfatında tətbiq olunan qabaqcıl yanaşmalar arı ailələrinin səmərəli idarə olunması, arıçılıq məhsullarının çeşidinin artırılması və yerli arı cinslərinin qorunması baxımından praktiki əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır