Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəz fermerlərin biliklərinin artırılması məqsədilə onlayn təlimləri davam etdirir.
2026-10-06 09:50:00
Fermerlər arasında keçirilən sorğuların nəticələri və onların real ehtiyacları nəzərə alınaraq növbəti təlim “Müasir suvarma sistemləri” mövzusuna həsr olunacaq.
Təlim sahə üzrə mütəxəssis Rahil Nağıyev tərəfindən aparılacaq.
Sessiyalar çərçivəsində müasir suvarma sistemlərinin xüsusiyyətləri, onların kənd təsərrüfatında tətbiqi, su ehtiyatlarından səmərəli istifadə imkanları, suvarmanın düzgün təşkili və məhsuldarlığın artırılmasında rolu barədə ətraflı məlumat təqdim olunacaq. Bununla yanaşı, fermerlərə təsərrüfatın xüsusiyyətlərinə uyğun suvarma sisteminin seçilməsi və tətbiqi zamanı diqqət yetirilməli əsas məqamlar izah ediləcək.
📅 Tarix: 14.10.2026
🕚 Saat: 11:00
💻 Format: Onlayn
🔗 Qeydiyyat üçün: https://forms.gle/K6JvusCBwDC7DjJz5 linkə keçid edə bilərsiniz.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır