Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
2026-10-08 13:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin aqrar xidmətlərə çıxışının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi və təsərrüfatlara yerində xidmət göstərilməsi məqsədilə həyata keçirilən sahə görüşləri davam edir. Növbəti tədbirlər Xocalı rayonunun Seyidbəyli, Ballıca və Xanyurdu kəndlərində, eləcə də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində keçirilib. Görüşlər zamanı ümumilikdə 20 təsərrüfata baxış keçirilib, təsərrüfatların vəziyyəti qiymətləndirilib və təsərrüfat sahiblərinə mövcud resurslardan düzgün istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.
Görüşlərin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərə təsərrüfat fəaliyyətinin səmərəli təşkili ilə bağlı dəstək göstərmək, heyvan və bitki sağlamlığının qorunması, məhsuldarlığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində maarifləndirmə aparmaqdır.
Tədbirlər çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Laboratoriya və Sertifikatlaşdırma Mərkəzi, eləcə də Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə və təsərrüfat sahiblərinə aqrar xidmətlər göstərilib. Səyyar baytarlıq xidmətləri həyata keçirilib, heyvanların və bitkilərin sağlamlıq vəziyyəti qiymətləndirilib, müayinələr aparılıb. Xəstəlik və zərərvericilərin erkən aşkarlanması və qarşısının alınması ilə bağlı tədbirlər görülüb, həmçinin müasir aqrotexniki üsulların tətbiqi, təsərrüfatların səmərəli idarə olunması və aqrar xidmətlərdən düzgün istifadə ilə bağlı tövsiyələr verilib.
Həmçinin, sahə görüşləri zamanı təsərrüfat sahiblərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və aqrar sahədə mövcud imkanlar barədə ətraflı məlumat verilib. Kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə, məhsuldarlığın artırılması, eləcə də təsərrüfatlarda qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı izahat verilib.
Qeyd edək ki, AXA tərəfindən işğaldan azad olunmuş ərazilərdə sahə görüşlərinin və yerində xidmətlərin göstərilməsi davam etdirilir. Bu tədbirlər sakinlərin və təsərrüfat sahiblərinin aqrar xidmətlərdən daha səmərəli yararlanmasına, kənd təsərrüfatının inkişafına və dayanıqlı təsərrüfatçılığın formalaşdırılmasına xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır