Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
2026-10-08 18:12:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən qəhvəyi mərmər bağacığının (QMB) qışlama dövrünə keçidi ilə əlaqədar olaraq regionlarda fitosanitar sabitliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Hazırda Xaçmaz rayonunda Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən təhlükəli zərərvericiyə qarşı intensiv kompleks tədbirlər görülür.
Həyata keçirilən monitorinqlər və mübarizə işləri çərçivəsində Xaçmaz rayonunun Xanoba kəndi də daxil olmaqla, ümumilikdə 6 kənd üzrə müəyyən edilmiş 13 ocaqda, 8.3 hektar ərazidə zərərvericiyə qarşı zəruri preparatların tətbiqi ilə mübarizə işləri aparılıb. Zərərvericinin yayılma riskinin lokallaşdırılması məqsədilə bölgədə kompleks tədbirlərin icrası hazırda da operativ şəkildə davam edir.
Yaşayış yerlərində kimyəvi dərmanlama üçün zəruriət yaranıbsa, qida məhsulları, içməli su, qab-qacaq və ev heyvanları ərazidən kənarlaşdırılmalı, qapı və pəncərələr bağlanmalıdır. Mütəxəssislərin icazə verdiyi vaxta qədər dərmanlanmış yerələrə daxil olmaq yolverilməzdir.
Həmçinin qışlama ərəfəsində zərərverici ilə mübarizədə əhalinin fəal iştirakı xüsusi üstünlüyə malikdir. Belə ki, havaların soyuması ilə əlaqədar yaşayış evlərinə, çardaq və yardımçı tikililərə toplanan bağacıqların vətəndaşlar tərəfindən sadə mexaniki yolla (süpürülüb yığılaraq məhv edilməsi) təmizlənməsi ən səmərəli və təhlükəsiz mübarizə üsuludur.
Əhali tərəfindən atılan bu addım ətraf mühitə kimyəvi təsiri azaltmaqla yanaşı, növbəti mövsümdə zərərvericinin kütləvi çoxalma və kənd təsərrüfatına iqtisadi ziyan vurma potensialının qarşısını əhəmiyyətli dərəcədə alır. Agentlik vətəndaşları bu prosesdə fəal olmağa və birgə mübarizəyə dəstək verməyə çağırır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır