Çəltikçiliyin inkişafında yeni sortların tətbiqi ilə bağlı maarifləndirici təlim keçirilib
2026-10-12 10:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Çəltik bitkisində sort seçimi, çeşidlənməsi, nəmliyin ölçülməsi və anbar şəraitində saxlanılması” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi çəltikçiliklə məşğul olan fermerlərin bilik və bacarıqlarının artırılması, məhsulun istehsalından sonrakı mərhələlərdə keyfiyyətinin qorunması, düzgün sort seçiminin əhəmiyyəti və çəltiyin saxlanılması zamanı itkilərin minimuma endirilməsi ilə bağlı praktiki məlumatların iştirakçılara çatdırılması olub.
Sessiyalar zamanı çəltik sortlarının seçilməsi zamanı nəzərə alınmalı əsas meyarlar, sortların məhsuldarlıq və keyfiyyət göstəriciləri, əkin şəraitinə uyğunluğunun qiymətləndirilməsi barədə məlumat verilib. Bununla yanaşı, yığımdan sonra məhsulun çeşidlənməsi, keyfiyyət göstəricilərinə görə qruplaşdırılması və saxlanmaya hazırlanması məsələləri izah edilib.
Məhsulun saxlanmasında mühüm amillərdən biri olan nəmlik göstəricisinin düzgün müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib. İştirakçılara çəltiyin nəmliyinin ölçülməsi üsulları, məhsulun saxlanmaya verilməsi üçün uyğun göstəricilərin müəyyənləşdirilməsi və yüksək nəmlik səbəbindən yarana biləcək keyfiyyət itkilərinin qarşısının alınması barədə ətraflı məlumat verilib. Həmçinin anbar şəraitində çəltiyin düzgün saxlanılması, temperatur və rütubət rejiminə nəzarət, havalandırmanın təmin edilməsi, anbarların sanitariya və gigiyena baxımından hazırlanması ilə bağlı tövsiyələr verilib. Məhsulun saxlanması müddətində mütəmadi yoxlamaların aparılmasının və mümkün itkilərin vaxtında müəyyən edilməsinin vacibliyi vurğulanıb.
Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlər fermerlərin müasir aqrar biliklərə çıxışının genişləndirilməsinə, məhsul itkilərinin azaldılmasına və çəltikçilik sahəsində qabaqcıl yanaşmaların təsərrüfatlarda tətbiqinə dəstək verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır