Şəkidə aqroturizm sahəsində tətbiq olunan müasir yanaşmalar öyrənilib
2026-10-15 12:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Şəki rayonunun Öyrət kəndi ərazisində fəaliyyət göstərən “Bio Garden” aqroturizm sahəsinə səfər ediblər.
Səfərin əsas məqsədi aqroturizm istiqamətində fəaliyyət göstərən nümunəvi təsərrüfatın iş prinsipləri ilə yaxından tanış olmaq, kənd təsərrüfatı fəaliyyətinin turizm xidmətləri ilə inteqrasiyası istiqamətində tətbiq olunan yanaşmaları öyrənmək və qabaqcıl təcrübənin digər təsərrüfatlarda tətbiqi imkanlarını nəzərdən keçirmək olub.
Səfər çərçivəsində təsərrüfatın fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, ziyarətçilərə təqdim olunan xidmətlər və aqroturizm imkanlarının formalaşdırılması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib. Təsərrüfatda kənd həyatının və aqrar fəaliyyətin turizm imkanları ilə əlaqələndirilməsi, ziyarətçilər üçün praktiki və maarifləndirici təcrübələrin yaradılması istiqamətində tətbiq olunan yanaşmalar diqqətə alınıb.
Həmçinin aqroturizm xidmətlərinin təşkili, təsərrüfatın ziyarətçilər üçün cəlbediciliyinin artırılması və kənd təsərrüfatı fəaliyyətinin turizm potensialından səmərəli istifadə etməklə inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər zamanı əldə olunan təcrübənin aqrar sahədə təlim və maarifləndirmə fəaliyyətlərində istifadə olunması, eləcə də aqroturizmin inkişafına dair praktiki yanaşmaların fermer və təsərrüfat sahiblərinə çatdırılması imkanları qiymətləndirilib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır