AXA-da balıq xəstəlikləri və onların qarşısının alınması ilə bağlı maarifləndirici təlim keçirilib
2026-10-15 14:51:12
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Balıq sağlamlığı və məhsuldarlığın təşkili şöbəsi tərəfindən “Balıq xəstəlikləri və onların qarşısının alınması tədbirləri” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimdə ölkənin müxtəlif bölgələrindən 20-dən çox baytar həkim iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanda akvakultura sahəsində yetişdirilməsinə üstünlük verilən balıq növlərində müşahidə olunan xəstəliklər, onların diaqnostikası, profilaktikası və müalicə üsulları barədə ətraflı məlumat verilib. Xüsusilə balıqçılıq təsərrüfatları üçün ciddi təhlükə yaradan virus, bakteriya və göbələk mənşəli infeksion xəstəliklərin, eləcə də parazitar xəstəliklərin xüsusiyyətləri, bu xəstəliklərin yaranma səbəbləri və yayılma yolları diqqətə çatdırılıb.
Həmçinin xəstəliklərin vaxtında aşkarlanması, təsərrüfatlarda müvafiq baytarlıq-sanitariya qaydalarına əməl olunması, profilaktik tədbirlərin düzgün həyata keçirilməsi və infeksiyaların yayılmasının qarşısının alınması istiqamətində görülməli işlər barədə iştirakçılara tövsiyələr verilib.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd akvakultura subyektlərinin balıq sağlamlığının qorunması, xəstəlik risklərinin minimuma endirilməsi və balıqçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması ilə bağlı bilik və bacarıqlarının gücləndirilməsidir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır