Özünüməşğulluq proqramı üzrə cins damazlıq heyvanların verilməsinə başlandı
2026-10-21 17:54:53
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cins damazlıq heyvanların verilməsinə başlanıb.
Bu sahədə ilk aktivlər – “Simmental” və “Holstein” cinslərinə aid heyvanlar Ağdam, Xocalı və Laçın rayonlarında sakinlərə təqdim olunub və onların hər birinə 2 baş cins inək verilib.
Ağdam rayonunun Xıdırlı kəndində cins heyvanların verilməsi tədbirində bildirilib ki, cins damazlıq heyvanların paylanışına işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi deyil.
Çünki işğaldan azad edilmiş rayonlar yenidən canlanır, iqtisadiyyat bərpa olunur və yerli əhali öz işlərini qurur. Özünüməşğulluq proqramı isə bu yenidənqurma və dirçəliş prosesində bir dəstəkdir.
Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bugünədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.
Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.
Yeni zərf üzrə aktivlərin təqdim olunması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvanların sağlamlığının təmin edilməsi və məsləhət dəstəyi göstərilməsi nəzərdə tutulub.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır