Dövlət Proqramının hədəfləri çərçivəsində gələcəyin baytar mütəxəssisləri ilə görüşlər keçirilib
2026-10-27 11:27:11
Aqrar sahənin davamlı inkişafı, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrinin tələbələri ilə görüşlər keçiriblər.
Görüşlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən biri olan aqrar elm və təhsil sahələrinin, eləcə də insan kapitalının inkişaf etdirilməsi hədəfləri ilə uzlaşan tədbirlər çərçivəsində təşkil olunub. Əsas məqsəd baytarlıq sahəsində ixtisaslı kadr hazırlığının təşviq edilməsi, tələbələrin gələcək peşə fəaliyyətinə hazırlığının gücləndirilməsi və təhsil ilə istehsalat arasında əlaqələrin genişləndirilməsidir.
Səfər çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində, Masallı Dövlət Regional Kollecində və Lənkəran Dövlət Universitetində olub, tələbələrin peşə hazırlığı, baytarlıq ixtisasının əhəmiyyəti və aqrar sektorun ixtisaslı kadrlara olan tələbatı müzakirə edilib. Görüşlər zamanı baytarlığın heyvan sağlamlığının qorunmasında, heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsində və aqrar sektorun dayanıqlı inkişafında rolu vurğulanıb, nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tələbələrin praktiki hazırlığı üçün nəzərdə tutulan ferma ərazisinə və Lənkəran Dövlət Universitetinin baytarlıq klinikasına baxış keçirilib, mövcud şərait və texniki imkanlarla tanış olunub. Eyni zamanda, müasir baytarlıq yanaşmalarının mənimsənilməsi, klinik təcrübənin və praktiki təlimin peşə bacarıqlarının inkişafındakı rolu, eləcə də gələcək karyera imkanları barədə fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, bu kimi görüşlər aqrar sahədə insan kapitalının inkişafına, baytarlıq üzrə ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasına, gənclərin peşə seçiminin dəstəklənməsinə və təhsil müəssisələri ilə praktiki fəaliyyət sahələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Xüsusilə, Dövlət Proqramının 2026–2030-cu illər üçün müəyyən etdiyi prioritetlər kontekstində aqrar elm və təhsilin inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi sektorun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır