Sərdar Hacıyev Bərdədə heyvandarlıq təsərrüfatlarında və süd emalı müəssisələrində olub
2026-10-29 10:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Bərdə rayonunda heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında və süd emalı müəssisələrində olub, təsərrüfatların və müəssisələrin fəaliyyətinə yerində baxış keçirib.
Səfərin əsas məqsədi Dövlət Proqramında müəyyən edilmiş prioritetlərin icrası ilə bağlı yerlərdə mövcud vəziyyətlə tanış olmaq, fermerlərin təkliflərini dinləmək və heyvandarlıq təsərrüfatları ilə süd emalı müəssisələrinin inkişaf perspektivlərini müzakirə etmək olub.
Proqram çərçivəsində təsərrüfatların və emal müəssisələrinin fəaliyyəti, istehsal imkanları və mövcud potensialı ilə tanışlıq olub, fermerlərlə görüşlər keçirilib. Görüşlərdə Dövlət Proqramının əsas prioritet istiqamətləri, heyvandarlıq sahəsinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsal və emal həcminin artırılması, eləcə də aqrar sahədə mövcud imkanlardan səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Aqrar Subsidiya Şurasının qərarları fermerlərin diqqətinə çatdırılıb, həmçinin Dövlət Proqramında süd və mal əti istehsalı həcminin artırılması istiqamətində nəzərdə tutulan fəaliyyətlərdən bəhs edilib. Bu hədəfin reallaşdırılması süd istehsalının genişləndirilməsi, heyvandarlıq təsərrüfatlarının istehsal imkanlarının artırılması və süd emalı sahəsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, fermer təsərrüfatlarının mövcud vəziyyətinin öyrənilməsi, istehsal potensialının artırılması və süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi önəm kəsb edir.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların emal imkanlarının genişləndirilməsi, istehsalçılarla emal müəssisələri arasında əlaqələrin gücləndirilməsi və aqrar subsidiya və dəstək mexanizmlərinin təkmilləşdirilməsi sektorun davamlı inkişafının əsas istiqamətlərindəndir. Süd istehsalının artırılması hədəfi də heyvandarlıq sahəsində istehsal potensialının gücləndirilməsinə və süd məhsulları üzrə istehsal-emal zəncirinin inkişafına xidmət edir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır