“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
2026-10-30 08:50:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və qurumun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə elan olunmuş müsabiqəyə yekun vurulub.
Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, AXA-nın sədri Sərdar Hacıyev və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fuad Məmmədov Kənd Təsərrüfatı İşçiləri Gününün əhəmiyyətindən bəhs edib, müsabiqənin aqrar sahədə çalışan əməkdaşların peşəkar fəaliyyətinin qiymətləndirilməsi və onların stimullaşdırılması baxımından rolunu vurğulayıblar.
Bildirilib ki, müsabiqənin əsas məqsədi əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar fəaliyyəti ilə fərqlənən mütəxəssislərin müəyyənləşdirilməsi və onların əməyinin təşviq edilməsidir. Qaliblərin seçimi zamanı onların peşə hazırlığı səviyyəsi, əmək intizamı və cari il ərzində əldə etdikləri nəticələr əsas meyarlar kimi nəzərə alınıb.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə müsabiqə qalibləri elan olunub.
Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Vüsal Hacıyev “İlin ən yaxşı aprobatoru”, Aqrar Təlim Mərkəzinin Xankəndi Regional Təlim Mərkəzinin müdiri Talıb Hüseynov “İlin ən yaxşı təlimçisi”, Yevlax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Əhliman Nəsibov “İlin ən yaxşı baytar həkimi” nominasiyaları üzrə qalib olublar.
“İlin ən yaxşı aqronomu” (bitki mühafizəsi üzrə) nominasiyası üzrə Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Beyləqan Mərkəzinin rəisi Əlikərəm Allahyarov, “İlin ən yaxşı aqrokimyaçısı” nominasiyası üzrə Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Quba Regional Mərkəzinin direktor müavini İsmayıl Zeynalov, “İlin ən yaxşı aqronomu” (toxumçuluq üzrə) nominasiyası üzrə həmin mərkəzin Ucar Regional Mərkəzinin aqronomu Əlmövsüm Kərimov, “İlin ən yaxşı fumiqasiya (zərərsizləşdirmə) mütəxəssisi” nominasiyası üzrə Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Astara Rayon Mərkəzinin fumiqasiya dəstəsinin mühəndisi Rəşid Quliyev qalib elan ediliblər.
Müsabiqənin qalibləri diplom və mükafatlarla təltif olunublar.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır