1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
2026-10-30 12:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq çərçivəsində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərini media nümayəndələrinə daha ətraflı çatdırmaq, aqrar sahə üzrə bilik və məlumatlılığı artırmaq, eləcə də proqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün və dolğun şəkildə təqdim olunmasına töhfə vermək olub.
Təlim proqramına uyğun olaraq, ilk olaraq, “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri, aqrar sahə və qida sənayesi ilə əlaqəli fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətinə, aqrar sektorun inkişafında bu istiqamətlərin roluna toxunub.
Təlim çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas müddəaları və prioritet istiqamətləri barədə ətraflı məlumat verilib. Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.
Proqramın digər mühüm hissəsi aqrar sahəyə dair termin və anlayışların izahına həsr edilib. Aqrar Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev “Media nümayəndələrinin aqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlər və anlayışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda aqrar sahədə istifadə olunan terminlərin düzgün anlaşılması və işlədilməsi, məlumatların dəqiq təqdim olunması, eləcə də kənd təsərrüfatı ilə bağlı xəbərlərin hazırlanmasında peşəkar yanaşmanın əhəmiyyəti vurğulanıb. Sonda mövzuların daha yaxşı mənimsənilməsi və iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə təlim çərçivəsində aqrar biliklər üzrə quiz təşkil olunub.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır