Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində balıq sağlamlığına dair təlim keçirilib
2026-11-02 09:00:00
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, xüsusilə balıq ehtiyatlarının qorunması, onların idarə olunması və bu sahədə nəzarət potensialının gücləndirilməsi, aqrar sahədə müasir idarəetmə yanaşmalarının, standartlaşdırmanın və insan kapitalının inkişaf etdirilməsi, eləcə də Dövlət Proqramının məqsəd və prioritetlərinin təşviqi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində tələbələr üçün maarifləndirici təlim təşkil olunub.
“Balıq sağlamlığı, Xəzər dənizinin müasir ekoloji vəziyyəti və antropogen təsirlərin balıqların yaşayış mühitinə təsiri” mövzusuna həsr olunan təlimin əsas məqsədi tələbələrin balıqçılıq və akvakultura sahəsində biliklərinin artırılması, su bioresurslarının qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması və ekoloji problemlər barədə məlumatlılığının gücləndirilməsi olub.
Sessiyalar Aqrar Xidmətlər Agentliyinin Balıq sağlamlığı və məhsuldarlığın təşkili şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara balıqların sağlamlığının qorunması, onların yaşayış mühitinə təsir edən əsas amillər, su hövzələrində ekoloji tarazlığın əhəmiyyəti və balıq ehtiyatlarının mühafizəsi istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verilib. Xüsusilə Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti, dəniz ekosistemində müşahidə olunan dəyişikliklər və antropogen təsirlərin yaratdığı problemlər diqqət mərkəzində olub. Bildirilib ki, sənaye və məişət tullantıları, su hövzələrinin çirklənməsi, sahilboyu ərazilərdə insan fəaliyyətinin genişlənməsi və digər antropogen amillər dəniz mühitinə, suyun keyfiyyətinə, biomüxtəlifliyə və balıqların təbii yaşayış şəraitinə mənfi təsir göstərə bilər.
Eyni zamanda, bu təsirlərin balıqların sağlamlığına, çoxalmasına, inkişafına və məhsuldarlığına təsiri izah olunub. Su hövzələrinin ekoloji vəziyyətinin mütəmadi qiymətləndirilməsinin, balıq xəstəliklərinin vaxtında aşkarlanmasının və profilaktik tədbirlərin həyata keçirilməsinin balıq ehtiyatlarının davamlılığında mühüm rol oynadığı vurğulanıb. Təlim çərçivəsində tələbələrə balıq sağlamlığının qorunması ilə ətraf mühitin mühafizəsi arasındakı qarşılıqlı əlaqə izah edilib, bu sahədə müasir yanaşmalar və məsuliyyətli fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır