Oğuzda fermerlər üçün pestisidlərdən təhlükəsiz istifadə qaydalarına dair maarifləndirici tədbir keçirilib.
2026-11-11 16:45:00
“Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı”nın icrası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Oğuz rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən yerli fermerlər və təsərrüfat sahibləri üçün "Pestisidlərlə iş zamanı texniki istifadə və davranış qaydaları" mövzusunda tədbir keçirilib.
Görüşün əsas məqsədi kənd təsərrüfatı məhsulu istehsalçılarının kimyəvi preparatlarla işləyərkən texniki təhlükəsizlik qaydaları barədə məlumatlılıq səviyyəsini artırmaq, insan sağlamlığını və ətraf mühiti yarana biləcək mənfi təsirlərdən qorumaqdır.
Tədbir zamanı Mərkəzin mütəxəssisləri tərəfindən bitki xəstəlikləri, zərərvericilər və alaq otlarına qarşı kimyəvi mübarizə apararkən pestisidlərin və aqrokimyəvi maddələrin düzgün seçilməsi, saxlanılması, daşınması və tətbiqi qaydaları barədə ətraflı məlumat verilib. Fermerlərin diqqətinə çatdırılıb ki, preparatlarla işləyərkən mütləq şəkildə fərdi mühafizə vasitələrindən (xüsusi geyim, maska, eynək, rezin əlcək və çəkmə) istifadə edilməli, işçi məhlul hazırlanarkən məsarif normalarına ciddi əməl olunmalıdır. Həmçinin, küləkli və isti hava şəraitində dərmanlamanın aparılmaması, eləcə də pestisid qablarının (taralarının) təkrar istifadəsinin yolverilməzliyi və onların düzgün utilizasiya qaydaları xüsusi vurğulanıb.
Görüş çərçivəsində fermerləri maraqlandıran suallar cavablandırılıb və onlara kimyəvi mübarizə zamanı diqqət edilməli olan vacib məqamları özündə əks etdirən maarifləndirici məlumatlar çatdırılıb.
Aqrar Xidmətlər Agentliyi tərəfindən təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını dəstəkləmək və fermerlərin bilik və bacarıqlarını artırmaq məqsədilə regionlarda bu cür maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır