Dövlət Proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilir
2026-11-12 10:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində aqrar sahənin inkişafı, fermer və sahibkarların bilik və bacarıqlarının artırılması, müasir texnologiya və innovasiyaların təşviqi istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritetlərin təşviqinə, xüsusilə informasiya-məsləhət xidmətləri və innovasiyaların yayılması sisteminin inkişafına, aqrar elm və təhsilin gücləndirilməsinə, eləcə də insan kapitalının inkişafına xidmət edir.
Bu məqsədlə bölgələrdə fermerlərin və sahibkarların iştirakı ilə maarifləndirici sahə görüşləri, nəzəri və praktiki təlimlər təşkil olunur. Görüşlər zamanı aqrar sahədə müasir yanaşmalar, innovativ texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, məhsul keyfiyyətinin yüksəldilməsi və qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı iştirakçılara ətraflı məlumat verilir.
Maarifləndirmə fəaliyyətinin mühüm istiqamətlərindən biri də nümunəvi təsərrüfatlara təşkil olunan səfərlərdir. Səfərlər zamanı fermerlər uğurlu təsərrüfat modelləri, müasir istehsal və idarəetmə üsulları, resurslardan səmərəli istifadə imkanları və innovativ texnologiyaların praktiki tətbiqi ilə yerində tanış olur, eyni zamanda təcrübə mübadiləsi aparırlar.
Aqrar Təlim Mərkəzinin həyata keçirdiyi bu tədbirlərin əsas məqsədi Dövlət Proqramının hədəflərinin aqrar sektorun iştirakçıları arasında geniş təbliği, fermerlərin informasiya və biliklərə çıxış imkanlarının artırılması, innovasiyaların istehsalata inteqrasiyası və aqrar sahədə peşəkar insan kapitalının inkişafına dəstək göstərilməsidir. Bu istiqamətdə maarifləndirici fəaliyyətlərin respublikanın müxtəlif bölgələrində mütamadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır