Aqrar sahədə praktiki bilik və təcrübənin öyrənilməsi istiqamətində səfərlər davam edir
2026-11-24 13:02:38
Nəzəri biliklərin praktiki təcrübə ilə zənginləşdirilməsi, qabaqcıl təsərrüfat təcrübəsinin öyrənilməsi və əldə olunan biliklərin fermerlər arasında yayılması istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən nümunəvi təsərrüfatlara mütəmadi olaraq səfərlər təşkil olunur.
Səfərlərin əsas məqsədi müasir kənd təsərrüfatı yanaşmalarının, innovativ texnologiyaların eləcə də səmərəli təsərrüfatçılıq təcrübələrinin yerində öyrənilməsidir. Bu çərçivədə əməkdaşlar təsərrüfatlarda tətbiq olunan istehsal üsulları, aqrotexniki qulluq tədbirləri, resurslardan səmərəli istifadə və məhsuldarlığın artırılmasına yönəlmiş təcrübələri nəzərdən keçirirlər.
Təsərrüfatlara səfərlər zamanı əldə olunan məlumat və təcrübələrin təhlili, onların elmi-nəzəri biliklərlə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, fermerlərin praktik fəaliyyəti zamanı formalaşan təcrübənin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsi aqrar sahədə bilik və təcrübə transferinə mühüm töhfə verir.
Qeyd edək ki, səfərlər zamanı toplanan bilik və təcrübələrin gələcəkdə fermerlərlə keçiriləcək maarifləndirici görüşlərdə, təlimlərdə və məsləhət xidmətlərində tətbiqi nəzərdə tutulur. Bu yanaşma fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrar yeniliklərin təsərrüfatlarda tətbiqinə, istehsal proseslərinin təkmilləşdirilməsinə və kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Aqrar Təlim Mərkəzi bu istiqamətdə fəaliyyətini davam etdirərək nəzəri biliklərlə real təsərrüfat təcrübəsi arasında əlaqənin gücləndirilməsinə, fermerlərə göstərilən təlim və məsləhət xidmətlərinin keyfiyyətinin daha da artırılmasına töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır