Şəki-Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirləri davam etdirilir
2026-11-26 10:34:08
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda təhlükəli karantin zərərvericisi olan qəhvəyi mərmər bağacığının qışlama mərhələsində yayılmasının qarşısının alınması və kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi məqsədilə kompleks fitosanitar tədbirlər həyata keçirilir.
Aparılan tədbirlər çərçivəsində noyabr ayı ərzində bölgənin 22 kəndində ümumilikdə 475 nöqtədə qışlama yerlərinin monitorinqi aparılıb. Müşahidələr nəticəsində 336 nöqtədə aşkarlanan zərərvericinin yetkin fərdləri mexaniki yolla məhv edilib. Kütləvi toplanma qeydə alınan 5 ocaqda isə intensiv kimyəvi mübarizə (dərmanlama) tədbirləri icra olunub.
Bununla yanaşı, mübarizə tədbirlərində əhalinin fəal iştirakını təmin etmək məqsədilə noyabr ayı ərzində regionun 21 kəndində yerli sakinlər və fermerlərlə maarifləndirici görüşlər təşkil edilib. Görüşlərdə havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə, çardaqlara və yardımçı tikililərə sığındığı vətəndaşların diqqətinə çatdırılıb. Bildirilib ki, qışlama dövründə zərərvericilərin süpürülüb toplanaraq mexaniki üsulla məhv edilməsi ekoloji cəhətdən ən təhlükəsiz üsul olmaqla yanaşı, növbəti vegetasiya mövsümündə kütləvi yayılma riskini kəskin azaldır.
Aqrar Xidmətlər Agentliyi zərərvericiyə qarşı kompleks mübarizə tədbirlərini davam etdirir və əhalini qışlama dövründə mexaniki mübarizə işlərində fəal olmağa çağırır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır