Dövlət Proqramının icrası istiqamətində fermerlərin maarifləndirilməsi davam etdirilir
2026-11-27 10:03:18
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet istiqamətlərin həyata keçirilməsi, kənd təsərrüfatı sahəsində bilik və bacarıqların artırılması, eləcə də müasir aqrar yanaşmaların fermerlər arasında təşviqi məqsədilə respublikanın müxtəlif bölgələrində maarifləndirici təlimlər və sahə görüşləri davam etdirilir.
Fermerlərin maarifləndirilməsi, onların peşəkar biliklərinin artırılması və aqrar sahədə mövcud yeniliklərdən daha səmərəli istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyan bu görüşlər kənd təsərrüfatı istehsalının keyfiyyətinin yüksəldilməsinə və təsərrüfat fəaliyyətinin daha düzgün qurulmasına xidmət edir.
Təlim və görüşlər zamanı iştirakçılara kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə aktual məsələlər, müasir becərmə texnologiyaları, aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi tədbirləri, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, eləcə də aqrar sahədə tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilir. Maarifləndirici tədbirlər yalnız nəzəri biliklərin çatdırılması ilə məhdudlaşmır. Sahə görüşləri çərçivəsində fermerlərlə birbaşa ünsiyyət qurulur və mütəxəssislər tərəfindən müvafiq tövsiyələr verilir. Bu yanaşma aqrar biliklərin praktiki müstəvidə tətbiqinə, fermerlərin düzgün qərarvermə bacarıqlarının formalaşmasına və qabaqcıl təcrübələrin yayılmasına imkan yaradır.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kimi tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın məqsəd və prioritetlərinin regionlarda təşviqinə, fermerlərin bilik və bacarıqlarının inkişafına, aqrar sahədə müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsinə, eləcə də kənd təsərrüfatında dayanıqlı inkişafın dəstəklənməsinə yönəlib.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır