Ana Səhifə > Aqrar Təlim Mərkəzi > Haqqımızda

Haqqımızda 

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında yaradılmışdır.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir

- aqrar sahənin inkişafına böyük təsirə malik və rəqabətə davamlı məhsullar üzrə dəyər zənciri iştirakçılarının fəallığının və əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaratmaq;

- aqrar təlim verən subyektləri fermerlərlə əlaqələndirmək;

- aqrar sahədə yeni texnologiyaların, beynəlxalq təcrübə və innovasiyaların, elmi-texniki yeniliklərin fermerlər arasında yayılmasını təşviq etmək;

- aqrar sahədə fəaliyyət göstərə biləcək təlimçilərin bazasını formalaşdırmaq;

- aqrar sahədə təlim və informasiya-məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək.

Mərkəz Aparatdan və 11 Regional Təlim Mərkəzlərindən (RTM) ibarətdir. Mərkəz fəaliyyətini bilavasitə və 11 RTM vasitəsilə həyata keçirir.

RTM-lər aşağıdakı rayon / şəhərlərdə yerləşir və ətraf bölgələri əhatə edir:

Regional Təlim Mərkəzləri

Əhatə etdiyi rayonlar

Əlaqə nömrələri

Ünvan

Bərdə

Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağdaş, Ağdərə

(050) 460 51 75

Tərtər rayonu, Zolgörən kəndi,AZ5900

Beyləqan

Beyləqan, Ağcabədi, İmişli, Füzuli

(051) 722 23 21

Beyləqan rayonu, Allahyarı kəndi

Gəncə

Gəncə, Samux, Göygöl,

Goranboy, Daşkəsən,

Naftalan

(055) 938 67 99

Samux rayonu, İnstitut qəsəbəsi

 

Xankəndi

Xocalı, Xocavənd, Şuşa,

Laçın,Cəbrayıl,Kəlbəcər, Qubadlı, Zəngilan

(050) 412 27 92

Xankəndi şəhəri

Kürdəmir

Kürdəmir, Ağsu, Zərdab, Ucar, Şamaxı, Qobustan, İsmayıllı, Göyçay.

(050) 868 41 82

Kürdəmir rayonu, Garış-Əyribənd kəndi, AZ3316

Quba

Xaçmaz, Quba, Şabran, Qusar, Siyəzən, Xızı,

(070) 250 81 81

Quba rayonu, Timiryazev qəs., AZ4011

Lənkəran

Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara.

(055) 208 42 42

Lənkəran rayonu, Şürük kəndi AZ4231

Salyan

Salyan, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul

(051) 821 26 24

Salyan rayonu, B. Talıbı küçəsi 5 AZ5200

Şəki

Şəki, Oğuz, Qəbələ, Mingəçevir.

(055) 567 81 73

Oğuz yolu, 15A AZ5500

Tovuz

Tovuz, Ağstafa, Şəmkir

Qazax, Gədəbəy

(055) 685 62 44

Tovuz rayonu, Cəlilli kəndi

Zaqatala

Zaqatala, Balakən, Qax

(050) 829 83 50

Zaqatala rayonu, Şəki küçəsi 4