Elanlar

Aqrar Xidmətlər Agentliyi Açıq tender ELAN EDİR (Təkrar elan)

Aqrar Xidmətlər Agentliyi Açıq tender ELAN EDİR (Təkrar elan)

27 Jul 2022

Heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyənlər aşa¬ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən, iştirak haqqının ödənilməsi barədə sənədi və tenderdə iştirak barədə müraciət ərizəsini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplu¬sunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, Aqrar Xidmətlər Agentliyinin inzibati binası, 5-ci mərtəbə, 506-cı otaqdan və ya satınalma@axa.gov.az elektron poçt ünvanına müraciət edərək əldə edə bilərlər. Əlaqə telefonu: +994125628744 (Pərvanə Sultanəliyeva), İştirak haqqı 2000 (iki min) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. Rekvizitlər Dövlət Xəzinədarlığı Agentliyi Kod: 210005 VÖEN:1401555071 M/H AZ41NABZ01360100000000003944 SWIFT BIK: CTREAZ22 Sifarışçinin adı: KTN yanında AXA İBAN: AZ04CTRE 00000000000008537601 VÖEN:1504595531 Büdcə səviyyəsinin kodu: 7 Büdcə təsnifatının kodu: 142330 İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - Tender təklifinin qüvvədə olma müddəti - zərflərin açıldığı gündən 30 bank günü; - Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatın qüvvədə olma müddəti - zərflərin açılış tarixindən sonra 60 bank günü; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; - Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; - Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd; - Texniki və maliyyə imkanlarının olması barədə sənəd; - Bu sahədə peşakar olması və tender predmeti üzrə iş təcrübəsinin olmasını təsdiq edən müqavilə, təhvil təslim aktı və digər təsdiqedici sənədlər təqdim edilməli; - Tender predmeti üzrə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd; - İddiaçı təklif etdiyi mallar üzrə istehsalçının rəsmi etibarnaməsini təqdim etməli; - İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları təqdim etməli; Tələb edilən bütün sənədlər notarial qaydada təsdiq edilməlidir. İribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksin – 6.300.000 (altı milyon üç yüz min) doza; - Çiçək xəstəliyi əleyhinə vaksin – 3.000.000 (üç milyon) doza; - Qarayara xəstəliyi əleyhinə vaksin – 5.600.000 (beş milyon altı yüz) doza; - Nodulyar dermatit xəstəliyi əleyhinə vaksin – 2.800.000 (iki milyon səkkiz yüz min) doza; - Quduzluq xəstəliyi əleyhinə vaksin – 200.000 (iki yüz min) doza; - Atların qrip xəstəliyi əleyhinə vaksin – 1.000 (bir min) doza; - Atların rinopnevmoniya xəstəliyi əleyhinə vaksin – 1.000 (bir min) doza; - Donuzların taun xəstəliyi əleyhinə vaksin – 6.000 (altı min) doza; - Xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksin – 300.000 (üç yüz min) doza; - İribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksin – 300.000 (üç yüz min) doza; - Malların çatdırılması müddəti - 31 noyabr 2022-ci il tarixinədək həyata keçirilməlidir. - Malların çatdırılması yeri - Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.08.2022 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.08.2022 12:00 tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A, (5-ci mərtəbə, otaq 506-cı otaq) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 25.08.2022 12:00 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A (5-ci mərtəbə, otaq 511-ci otaq) ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. TENDER KOMİSSİYASI
 40