Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Toxum nəzarəti üzrə > Toxumluq və tinglik əkinlərdə aprobasiyanın aparılması

Məzmunu

Qeydiyyata alınmış toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini.

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yerli qurumları.

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Bəyannamə;

Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin (dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə müqaviləsi və s.) surətləri;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd;

Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün arayışın (şəhadətnamənin) surəti;

Əkinlərin səpin aktı;

Səpilmiş toxumun sənədləri (təsərrüfatın öz istehsalı olan toxumların anbar məxaric sənədi, alınmış toxumların alqı-satqı müqaviləsi, qaimə-fakturası, aprobasiya aktı və sertifikatı);

Rayon (şəhər) İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin ərazidə əkinlərin aparılmasını təsdiq edən arayışı;

Əkin sahələrinin yerləşdiyi ərazinin sxemi (xəritə formasında və koordinatları göstərilməklə).

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Bəyannamə forması.

Xidmətin həyata keçirilməsi müddəti

10 gün ərzində.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir.

Tinglərin aprobasiyası (Bəyannamə)

Toxumluq əkinlərin aprobasiyası (Bəyannamə)