Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Toxum nəzarəti üzrə > Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların və ya vəsiqələrin verilməsi

Məzmunu

Aprobasiya olunmuş sahələrdən yığılmış və kondisiyaya çatdırılmış toxumların sertifikatlaşdırılması, analiz nəticələrinə uyğun olaraq müvafiq sertifikat və ya vəsiqələrin verilməsi.

Xidmətin göstərilmə yeri

Toxumçuluq təsərrüfatı və laboratoriyaları.

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Bəyannamə;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Bəyannamə,

Xidmətin həyata keçirilməsi müddəti

10 iş günü ərzində.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir.