Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Toxum nəzarəti üzrə > Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən təkrar sertifikatların və ya vəsiqələrin verilməsi

Məzmunu

Kondisiya dərəcəsinə uyğun olaraq daha öncə aprobasiya olunmuş sahələrdən yığılmış və kondisiyaya çatdırılmış toxumların analiz nəticələrinə uyğun olaraq təkrar sertifikatlaşdırılması.

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin və ya yerli qurumlarının inzibati binaları.

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün arayışın (şəhadətnamənin) surəti;

Əkinlərin səpin aktı;

Səpilmiş toxumun sənədləri (təsərrüfatın öz istehsalı olan toxumların anbar məxaric sənədi, alınmış toxumların alqı-satqı müqaviləsi, qaimə-fakturası, həmin istehsal ilindəki aprobasiya aktı və sertifikatı);

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə.

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Bəyannamə forması.

Xidmətin həyata keçirilməsi müddəti

10 iş günü ərzində.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir.