Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Toxum nəzarəti üzrə > Toxum və ting istehsalçılarının qeydiyyatı

Məzmunu

Toxum və ting istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər attestasiyadan keçirildikdən sonra onlara şəhadətnamə verilməsi və toxum istehsalçıları reyestrinə daxil edilməsi.

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin və ya yerli qurumlarının inzibati binaları.

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

Toxum və tinglərin istehsalı ilə bilavasitə məşğul olan mütəxəssislər barədə məlumat

Əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərin olmaması barədə rayon bitki mühafizə mərkəzinin rəyi;

Karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərin olmaması barədə karantin ekspertizasının şəhadətnaməsi;

İstehsal fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğunu və təsərrüfatın müvafiq Əsasnamədə göstərilmiş tələblərə cavab verməsini təsdiq edən rayon dövlət toxum müfəttişliyinin rəyi;

Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd.

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Yoxdur.

Xidmətin həyata keçirilməsi müddəti

15 iş günü ərzində.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir.

Tinglik əkinlərin qeydiyyata alınması (Bəyannamə)

Toxumluq əkinlərin qeydiyyata alınması (Bəyannamə)