Baytar həkimləri və feldşerlər üçün təlimlər başlanılıb
2020-06-12 00:00:00
Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində respublikanın bölgələrini əhatə edən Abşeron, Bərdə, Göygöl, Qəbələ və Masallı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində sahə baytarlıq mətəqələrinin həkim və feldşerlərinin iştirakı ilə ”Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” mövzusunda təlimlərə start verilib.
Təlimlərin keçirilməsində məqsəd sahə baytarlıq məntəqələrinin baytar həkimləri və feldşerlərinin bu sahədə bacarıq və vərdişlərinin artırılması, əməyin təhlükəsizliyi, həmçinin ətraf mühitin çirklənməsinin qarşısının alınmasında müvafiq bilgilərin verilməsidir. Təlimlərə ölkənin sahə baytarlıq məntəqəsinin 1624 nəfər baytar həkimi və feldşeri cəlb edilib.
Təlimlər davam etdirilir.