Zəngilan rayonunun Ağalı kəndində taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri həyata kecirilir
2022-04-13 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən alaq otlarına qarşı mübarizə tədbirlərinin həyata keçirmək məqsədilə rayonun Ağalı kəndində taxıl sahələrinə baxış keçirilib. Sahələrin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Həmin kənddə alaq otlarına qarşı 245 ha sahədə müşahidə aparılmış. 190 ha -da sirayətlənmə qeydə alınmış, 136 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Mütəxəssislər tərəfindən torpaq istifadəçilərinə tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumatlar və müvafiq tövsiyələr verilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.