Dövlət Reysterinə yeni bitki sort və hibridləri daxil edilib
2022-06-03 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə 246 sort, hibrid və cins qeydiyyata alınaraq “Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”nə daxil edilib. Bununla da, kənd təsərrüfatı məhsulları istehsalçılarının Dövlət Reyestrində cari ildə qeydiyyata alınmış yeni və daha məhsuldar bitki sortlarının toxumlarına əlçatanlığı təmin edilib.
Qeyd edək ki, hazırda Dövlət Reyestrində kənd təsərrüfatı bitkilərinin 1999 sort, hibrid və cinslərin, o cümlədən dənli, dənli-paxlalı, texniki və yem bitkilərinin 541 ədəd; tərəvəz, bostan və kökümeyvəli bitkilərin 1021 ədəd; meyvə, giləmeyvə dekorativ gül və bəzək bitkilərinin isə 394 ədəd sort/hibridi, 3 ədəd qoyun cinsi və 40 ədəd ipəkqurdu hibrid/cinsi vardır.
Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və seçilməsi həyata keçirilib. Həmçinin, əsas hədəflərdən biri də yerli ərazilərə adaptasiya oluna bilməyən və buna görə də istehsal problemlərinə səbəb olan sortların ölkədə yayılmasının qarşısını almaqla fermerləri keyfiyyətsiz sort/hibridlərdən qorumaqdır.
Əlavə məlumatı Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsinin (www.axa.gov.az) Bitki sortlarının qeydiyyatı bölməsindən əldə etmək olar.
Tovuzda