Ötən il ilk dəfə olaraq istixalanarda zərərsizləşdirmə tədbirləri həyata kecirilib
2021-01-11 00:00:00
Respublika ərazisində istixalarda zərərvericilərə qarşı zərərsizləşdirmə tədbirlərinin aparlması vacib fitosanitar tədbirlərdən biridir.
Burada əsas məqsəd istixana şəraitində zərərvericilərə qarşı düzgün və vaxtında mübarizə tədbirlərini aparılması, məhsuldarlıgın və keyfiyyətin yüksəldilməsi, ixrac potensialının və yeni bazarlara cıxış imkanlarının artırılmasıdır. Belə ki, ötən ilin son altı ayı ərzində ölkəmizdə 115 hektardan artıq istixanada zərərsizləşdirmə tədbirləri həyata kecirilib. Hazırda zərərsizləşdirmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-562-85-34(daxili:152); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.