Sertifikatlı toxumdan istifadə edin !
2020-10-14 00:00:00
Faydalar:
-Yüksək məhsulun əsası qoyulur.
-Zərərverici və xəstəliklərlə sirayətlənmənin qarşısı alınır.
-Məhsul istehsalı minimum 30 % artır.
-Məhsuldar sortların toxumundan istifadə olunur.
-Bölgənin torpaq- iqlim şəraitinə uyğun sortlar seçilir.
13 rayonda Regional Toxum Sertifikatlaşdırılması Laboratoriyası fəaliyyət göstərir: Abşeron, Bərdə, Quba, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan, Sabirabad.
Əlavə olaraq:
-Toxum alarkən onun keyfiyyətini təsdiq edən sənədlərin surətini tələb edin.
-Aldığınız toxumun keyfiyyətinə əmin olmaq üçün – bir daha Regional -Toxum Sertifikatlaşdırma laboratoriyalarında analiz etdirin.
-Dərmanlanmamış toxumdan istifadə etməyin.
Sertifikatlı toxum bol məhsulun əsasıdır!!!