Taxıl əkinlərində zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2020-11-11 00:00:00
Bildiririk ki, 2020-ci ilin sentyabr ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən respublikanın taxıl əkini sahələrində xüsusi təhlükəli, karantin tətbiq edilən və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Siçanabənzər gəmiricilərə bağlı respublikanın əsasən şimal və şimal-qərb rayonlarının (Quba, Qusar, İsmayıllı, Şəmkir, Tovuz və d.) ərazilərində ümumilikdə 48.1 min hektar sahədə müşahidələr aparılmış, 14.8 min hektar sahədə sirayətlənmə aşkarlanmış və 5.1 min hektar sahədə mübarizə işləri aparılıb ki, bunun da 4.3 min hektarında tədbirlər büdcə vəsaiti hesabına həyata keçirilmişdir. Siçanabənzər gəmiricilərlə ən çox sirayətlənmə Ceyrançöl ərazisində aparılan əkinlərdə müşahidə edilmişdir.
Dənli bitkilərdə taxıl böcəyinə qarşı 1,0 min hektar sahədə müşahidələr aparılmış, 0.52 min ha sahədə sirayətlənmə aşkarlanmış, Agentliyin mütəxəssislərinin tövsiyyəsi və birbaşa iştirakı ilə 0.2 min ha sahədə təsərrüfat subyektləri hesabına mübarizə tədbrləri həyata keçirilmişdir. Mübarizə tədbirləri əsasən Şəki, Qax və Ağsu rayonlarının ərazisində aparılmışdır.
Respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin yerli qurumları tərəfindən fitosanitar müşahidə və müvafiq mübarizə tədbirləri davam etdirilir.