Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov İtaliya Respublikasında səfərdə olub.
2023-07-20 00:00:00
Səfər ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti tərəfindən həyata keçirilən “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı qısamüddətli sertifikat proqramı çərçivəsində təşkil edilib. Səfər zamanı Bolonya Universitetinin kənd təsərrüfatı, qida və baytarlıq departamentlərində görüşlər keçirilib, laboratoriyaların işi ilə tanış olunub. Həmçinin müxtəlif şirkətlərdə elmi-tədqiqat qrupları ilə görüşlər keçirilib. Səfərin sonunda iştirakçılara ADA Universitetinin və Bolonya Universitetinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı sertifikat proqramının reallaşdırılmasında məqsəd iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq və təcrübə mübadiləsi platforması yaratmaqdan ibarətdir.
Proqram aqrar sektor nümayəndələrinə yeni imkanlar və ideyalar yarada və peşələrinin daha da təkmilləşdirmək üçün gözəl vasitədir. İki universitet arasında artan tərəfdaşlıq və birgə proqramların icrası ölkəmizin aqrar sektorunun inkişafına təkan verəcəkdir.