Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir
2023-06-20 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı monitorinq və mübarizə məqsədilə biotexniki feremon tələlər quraşdırılıb. Feremon tələlər əsasən əkin sahələrinin ətrafına, bağ və həyətyanı sahələrə yerləşdirilib.
Bildiririk ki, Balakən rayonunda 1200 ədəd, Zaqatala rayonunda 1200 ədəd, Qax rayonunda 200 ədəd, Şəki rayonunda 100 ədəd, Oğuz rayonunda 100 ədəd, ümumilikdə rayonlar üzrə 101 kənd, qəsəbə və şəhərdə 2800 ədəd feremon tələ quraşdırılıb. Tələlərdən kütləvi istifadənin nətiçəsində zərərverici cəlbedici feremon vasitəsilə yapışqan löhvələrə düşərək məhv olur
Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir.
Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Qonşu ölkələrdə təsərrüfatlara qısa müddətdə xeyli miqdarda zərər vurub. Zərərverici 2016-ci ildən Gürcüstanda fındıq sahələrində məhsuldarlığın 80%-ə qədər azalmasına səbəb olmuşdur.
Meyvə bitkilərində dəmgil xəstəliyi...