Goranboy, Tovuz və Şəmkir rayonlarında fermerlərə səyyar xidmət göstərilir.
2021-12-10 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə davam edir. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
İlk aqrar səyyar xidmət Şəki, sonrakı səyyar xidmətlər Sabirabad,İmişli və Füzuli rayonlarının kəndlərində təşkil olunub. Hal-hazırda səyyar xidmətlər Goranboy, Tovuz və Şəmkir rayonlarının kəndlərində fermerlərə xidmət göstərir. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 10000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib. Növbəti aqrar səyyar xidməti Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Növbəti həftələrdə respublikanın digər regionlarında səyyar aqrar xidmət təşkil olunacaq.
Neftçalada kənd təsərrüfatı heyvanl...
2020-06-23 00:00