Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə dair təlimlər keçirilib
2022-04-18 00:00:00
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqla əlaqədar Saatlı və Füzuli rayonlarında çəyirtkəkimilərin məskunlaşdığı əsas 12 rayon üzrə Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssislərinə “Çəyirtkəkimilərin bioekologiyası, monitoringi, idarə edilməsi və dərmanlamaların mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılması (ASDC) və idarə edilməsi (CCALM) sistemləri” mövzusu üzrə növbəti təlim keçirilib. Təlimdə AXA mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilər haqqında ümumi məlumat, yayılması və həmçinin FAO-nun “Qafqazda və Mərkəzi Asiya (QMA) ölkələrində milli və regional səviyyədə çəyirtkəkimilərə qarşı mübarizənin yaxşılaşdırılması üzrə proqramı çərçivəsində 2011-2021-ci illərdə ölkəmizdə çəyirtkəkimilərin idarə edilməsi üzrə görülən tədbirlər və davamlı regional əməkdaşlığın inkişaf etdirilməsi”, “Çəyirtkələrin biologiyası, ekologiyası və monitorinqi, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) və Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin idarə edilməsi (CCALM) sistemi, “Çəyirtkələrə qarşı dərmanlamalarda pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)”, “Çəyirtkələrlə mübarizədə yerüstü UKH çiləmələrin səmərəli tətbiqi və Mikroner çiləyicilərin üstün cəhətləri” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumat verilib. Həmçinin çiləyici aqreqatların kalibrləşdirilməsi üsulları praktiki olaraq nümayiş etdirilib.
Təlimlərdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması ilə bağlı məsləhət və tövsiyələr verilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.