Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir
2022-10-24 06:51:58
Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (zərərsizləşdirmə) yerli mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Belə ki, cari ilin oktyabr ayının 24-dək aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 430 hektarda müşahidə, 95 hektarda sirayətlənmə, Tovuz rayonunda 551 hektarda müşahidə, 270 hektarda sirayətlənmə, Şəki rayonunda 580 hektarda müşahidə, 410 hektarda sirayətlənmə, Qax rayonunda 270 hektarda müşahidə, 137 hektarda sirayətlənmə,aşkarlanmışdır. Qeyd edək ki, cari ilin sentyabr ayından bu günədək respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı ümumilikdə 2895 hektarda müşahidə və 923 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.