Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tabeli qurumların fəaliyyəti ilə tanış olub
2024-02-22 18:59:52
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsəndə yerləşən Agentliyin tabeli qurumlarının fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzində yaradılmış laboratoriyanın fəaliyyəti ilə tanış olub. İnzibati binalara baxış keçirib, əməkdaşlarla görüşüb.
Görüşdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Bildirib ki,
baytarlıq tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməli, mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməli, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyaların tətbiqinə dair maarifləndirici tədbirlər aparılmalı, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılmalıdır.
Tədbirdə Dövlət Sort-Sınaq məntəqələrinin, laboratoriyanın fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.