Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqla bağlı təlimlərə başlanılıb
2024-04-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqla əlaqədar çəyirtkəkimilərin məskunlaşdığı əsas rayonlarda Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssislərinə təlim keçirilir. Saatlıda 7 rayonu əhatə etməklə iştirakçılara “Çəyirtkəkimilərin bioekologiyası, monitorinqi, idarə edilməsi və dərmanlamalar zamanı pestisidlərin insan sağlamlığına, ətraf mühitə və qeyri-hədəf orqanizmlərinə mənfi təsirlərinin azaldılması, həmçinin Avtomatlaşdırılmış Sistem üzrə Məlumatların Toplanması (ASDC) və idarə edilməsi (CCALM) sistemləri” mövzusu üzrə təlim keçirilib. Təlimdə AXA mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin idarə edilməsi, kimyəvi mübarizədə risk yarada biləcək halların qarşısının alınması və qeyri-hədəf orqanizmlərin, o cümlədən faydalı entomofaqların qorunması və bioloji mübarizədə təbii düşmənlərdən, biopreparatlardan istifadənin üstünlükləri”, “Çəyirtkələrin biologiyası, növlərarası fərqləndirici əlamətlər, yaş dövrünün və faza mənsubluğunun müəyyən edilməsi, əsas müşahidə növləri, aparılması müddəti və qaydaları”, “Çəyirtkələrə qarşı mübarizədə təhlükəsizlik qaydalarına riayət olunması, dərmanlamaların insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, Ultra az həcmli çiləmə və tam həcmli çiləmə üsullarının müqayisəsi, üstünlüklər və çatışmazlıqlar”, “Müşahidə və mübarizə dövründə məlumatların avtomatlaşdırılmış ASDC sistemi üzrə yığılması, CCALM sistemindən istifadə, proqnoz məlumatların hazırlanması və AXA-nın “Logix” məlumat sisteminə daxil edilməsi ” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumat verilib.
Təlimlərdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması ilə bağlı məsləhət və tövsiyələr verilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Növbəti təlimlər 24 rayonu əhatə etməklə Şəmkir, Şabran və Füzuli rayonlarında davam etdiriləcəkdir.
Şamaxı rayonunda xüsusi təhlükəli x...